...

Kurtulmuş Kürd muxtariyyətinin statusu ilə bağlı referendumun fəsadlarından danışdı

Dünya xəbərləri Materials 12 İyun 2017 17:10 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İraqın Kürd muxtariyyətinin statusu barədə referendum bütün regiona mənfi təsir göstərəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş deyib.

Onun sözlərinə görə, hazırda bölgədə qısa zamanda həll olunmasını gözləyən daha vacib problemlər mövcuddur.

Qeyd edək ki, ötən həftə Şimali İraq Kürd müxtariyyətinin rəhbəri Məsud Bərzani statusla bağlı referendumun sentyabrın 25-də keçiriləcəyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti