Bakı. Trend:
Qvatemalada 6,9 bal gücündə zəlzəl baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Meksika ilə sərhəddə yerləşən Tahumulko şəhərindən 8 kilometr aralıda yerləşib.
Məlumata əsasən, zəlzələ nəticəsində 4 qadın və 1 kişi həlak olub, 7 nəfər isə yaralanıb.