...

Meksikada cinayətkar qruplaşmalar arasında toquuşma: 24 ölü

Dünya xəbərləri Materials 1 İyul 2017 03:02 (UTC +04:00)
Meksikanın Syudad-Huares şəhərində cinayətkar qruplaşmalar arasında toqquşma baş verib
Meksikada cinayətkar qruplaşmalar arasında toquuşma: 24 ölü

Bakı. Trend:

Meksikanın Syudad-Huares şəhərində cinayətkar qruplaşmalar arasında toqquşma baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 24 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Məlumata əsasən, ayın əvvəlindən Syudad-Huares şəhərində 71 nəfər öldürülüb. Bunun səbəbi isə "Huares" və "Sinaloa" cinayətkar qruplaşmalar arasında baş verən toqquşmalardır.

Qeyd edək ki, Meksikanın Çiuaua ştatında ABŞ-a narkotik vasitələrin tədarükünə nəzarət uğrunda mübarizə aparan bir neçə qruplaşma var. Bir neçə il əvvəl, Çiuaua ştatında yerləşən Syudad-Huares şəhəri dünyanın ən kriminal şəhəri seçilib. 1 il ərzində bu şəhərdə 3,1 min qətl hadisəsi baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti