...

İndoneziyada helikopter qəzaya uğrayıb: 8 ölü

Dünya xəbərləri Materials 3 İyul 2017 06:39 (UTC +04:00)

Bakı. Trend:

İndoneziyada Milli Axtarış və Xilasetmə Agentliyinə məxsus helikopter qəzaya uğrayıb.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində helikopterdə olan 4 ekipaj üzvü və 4 xilasedici həlak olublar.

Məlumata əsasən, xilasedicilər helikopetr ilə Mərkəzi Yava əyalətində vulkan püskürməsi nəticəsində xəsarət alan turistlərə kömək etməyə gedirmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti