...

Misirdə partlayış baş verib: 2 ölü, 9 yaralı

Dünya xəbərləri Materials 9 İyul 2017 01:18 (UTC +04:00)
Misirin Əl-Ariş şəhərində içərisində DİN əməkdaşları olan zirehli avtomobil partladılıb
Misirdə partlayış baş verib: 2 ölü, 9 yaralı

Bakı. Trend:

Misirin Əl-Ariş şəhərində içərisində DİN əməkdaşları olan zirehli avtomobil partladılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 DİN əməkdaşı həlak olub, 9 nəfər isə yaralanıb. Partlayış baş verən rayonda təhlükəsizlik tədbirəri artırılıb.

Qeyd edək ki, ötən gün terrorçuların Misirdə bir neçə hərbi obyektlərə hücumu nəticəsində 23 hərbçi həlak olub, 33-ü isə yaralanıb. Terrorçular və hərbçilər arasında baş verən toqquşmalarda 40-dan artıq terrorçu məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti