...

Türkiyədə fövqəladə vəziyyət daha 3 ay uzadıla bilər

Dünya xəbərləri Materials 14 İyul 2017 14:51 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə hökuməti ölkə ərazisində fövqəladə vəziyyəti daha 3 ay müddətinə uzatmaq niyyətindədir. Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırm deyib.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən ilin iyul ayında hərbi çevrilişə cəhddən sonra tətbiq edilib. Həmin vaxtdan sonra ölkə parlamenti tərəfindən fövqəladə vəziyyət 3 dəfə 3 ay müddətinə uzadılıb.

Xəbər lenti

Xəbər lenti