Bakı. Trend:
Bu ilin iyulun əvvəlində Qətərin dövlət informasiya agentliyinin sistemlərinin qırılması BƏƏ tərəfindən təşkil edilib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda The Washington Post qəzeti xəbər verib.
Qeyd edək ki, müdaxilə nəticəsində agentliyin saytında, əmirlik və regionun digər dövlətləri arasında qalmaqala qismən səbəb olan xəbər yerləşdirilib.