Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunisin "An-Naxda" hərəkatının lideri Rəşid Əl-Qannuşini qəbul edib.
Trend-in Anadolu-ya istinadən vediyi məlumata görə, görüş Ankarada Türkiyənin Ədalət və inkişaf (AKP) hakim Partiyasının qərargahında keçirilib.
Mətbuat üçün qapalı rejimdə keçirilən görüş, 1 saat 20 dəqiqə davam edib.