...

Erməni hərbçiləri qəzaya düşüb - 4 yaralı

Dünya xəbərləri Materials 26 İyul 2017 18:08 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinə məxsus avtomobilin qəzaya düşməsi nəticəsində erməni hərbçiləri xəsarət alıblar.
Erməni hərbçiləri qəzaya düşüb - 4 yaralı

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinə məxsus avtomobilin qəzaya düşməsi nəticəsində erməni hərbçiləri xəsarət alıblar.

Trend-in məlumatına görə, Tonaşen-Madaqiz marşrutu üzrə hərəkət edən Ermənistan ordusunun dağatıcı alayına məxsus “Ural” markalı yük avtomobili dağ yolunda aşıb. Hadisədə üç əsgər xəsarət alıb. Hərbçilər Ağdərə hospitalına yerləşdiriliblər.

Digər hadisə isə Ermənistan ərazisində, Cermuk avtomobil yolunda baş verib. Şəxsi avtomobili ilə Yexeknadzordan Vayk istiqamətində hərəkət edən müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Mkrtıç Qaramyan qəza törədib. Ağır bədən xəsarəti alan M.Qaramyan tibb müəssisəsinə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti