...

Dubayda yenə hoteldə YANĞIN

Dünya xəbərləri Materials 7 Avqust 2017 12:26 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin turistlər arasında populyar olan “Dubai Marina” rayonunda hotellərin birində yanğın baş verib
Dubayda yenə hoteldə YANĞIN

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin turistlər arasında populyar olan “Dubai Marina” rayonunda hotellərin birində yanğın baş verib.

Trend-in məlumatına görə, “Movenpick Hotel Jumeirah Beach Residence” hotelində başlayan yanğının qarşısı alınıb.

Hotel rəhbərliyi hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.

Hazırda yanğının səbəbləri araşdırılır.

Qeyd edək ki, bu, son 2 həftə ərzində Dubayda məşhur göydələn hotellərdə baş vermiş üçüncü yanğındır.

Xəbər lenti

Xəbər lenti