...

Çində 190 minə yaxın adam təxliyə olunub

Dünya xəbərləri Materials 7 Avqust 2017 16:07 (UTC +04:00)
Çinin şimal-şərqindəki Lyaonin əyalətində aramsız yağan yağışlar nəticəsində daşqın baş verib
Çində 190 minə yaxın adam təxliyə olunub

Bakı. Trend:

Çinin şimal-şərqindəki Lyaonin əyalətində aramsız yağan yağışlar nəticəsində daşqın baş verib.

Trend-in məlumatına görə, daşqınlarla əlaqədar 190 minə yaxın adam yaşayış yerlərindən təxliyə olunub.

Ümumilikdə təbiət hadisəsi 570 min sakinə təsir göstərib.

Minə yaxın ev və 66 min hektardan çox əkin sahəsi ziyan görüb.

Avtomobil yollarının su altında qalması və telefon xətlərinin sıradan çıxması nəticəsində bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti