...

Moskvada ticarət mərkəzi yanır - 120 nəfər təxliyə edildi

Dünya xəbərləri Materials 9 Avqust 2017 16:52 (UTC +04:00)

Bakı. Trend:

Moskvada ticarət mərkəzlərinin birində yanğın başlayıb. Trend-in məlumatına görə, yanğınsöndürənlərin gəlişinədək binadan 120 nəfər təxliyə edilib.

Yanğının ümumilikdə 1500 kvadrat metr sahəni əhatə etdiyi bildirilib.

Hadisə yerinə 11 yanğınsöndürən maşın və çox sayda canlı qüvvə cəlb edilib.

Xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

Yanğının baş vermə səbəbləri məlum deyil.

Xəbər lenti

Xəbər lenti