...

Yəmən sahillərində 180 mühaciri dənizə atdılar

Dünya xəbərləri Materials 10 Avqust 2017 20:01 (UTC +04:00)
Yəmən sahillərində insan alverçiləri qayıqda apardıqları miqrantları açıq dənizdə suya atılmağa məcbur ediblər.
Yəmən sahillərində 180 mühaciri dənizə atdılar

Bakı. Trend:

Yəmən sahillərində insan alverçiləri qayıqda apardıqları miqrantları açıq dənizdə suya atılmağa məcbur ediblər. Trend-in məlumatına görə, 180 miqrant özünü suya atmalı olub.

Beynəlxalq Miqrasiya Təşkilatı hadisə zamanı 5 nəfərin həlak olduğunu bildirib. 50 nəfər isə itkin düşmüş hesab edilir.

Qeyd edək ki, analoji hadisə bir neçə gün əvvəl də baş verib. Həmin hadisə zamanı Efiopiya və Somalidən olan 120 miqrant suya atılmağa məcbur edilmişdi.

Qeyd olunur ki, insan alverçiləri mühacirləri müəyyən pul müqabilində qanunsuz olaraq daşıyırlar, sahildə polis tərəfindən ifşa olunacaqları barədə təhlükə duyduqda isə belə addım atırlar.

Xəbər lenti

Xəbər lenti