...

Güclü yağış 20-dən çox insanın həyatına son qoydu

Dünya xəbərləri Materials 12 Avqust 2017 14:29 (UTC +04:00)
Nepalda güclü yağışın səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində 23 nəfər həlak olub.
Güclü yağış 20-dən çox insanın həyatına son qoydu

Bakı. Trend:

Nepalda güclü yağışın səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində 23 nəfər həlak olub.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, Nepal Daxili İşlər Nazirliyinin məlumatına əsasən, daşqınlar ölkənin müxtəlif bölgələrində insan tələfatına səbəb olub.

Yüzlərlə ev su altında qalıb və çoxlu sayda ailələr digər rayonlara köçürülüb.

Biratnaqar şəhərindəki hava limanı fəaliyyətini dayandırıb.

Moranq rayonunda isə daşqından sonra üç nəfərin itkin düşdüyü bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti