...

Polşada yol qəzasında 28 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 12 Avqust 2017 20:05 (UTC +04:00)

Bakı. Trend:

Polşanın Tarnobjeq şəhəri yaxınlığında avtobusun iştiraki ilə ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, qəza nəticəsində 28 nəfər xəsarət alıb.

Yaralıları xəstəxanaya aparmaq üçün hadisə yerinə 15 tibbi avtomobil və helikopter cəlb olunub.

Qəza zamanı avtobusda 85 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti