Bakı. Trend:
Əfqanıstanın şərqində İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı ABŞ hərbçisi həlak olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, NATO-nun verdiyi məlumatda bildirilir ki: "Bir ABŞ hərbçisi Əfqanıstanın şərqində aldığı yaralardan həlak olub".
Məlumata əsasən, bundan əlavə bir neçə ABŞ və Əfqanıstan hərbçisi yaralanıb. Onlar hospitala təxliyə edilib.