...

Rusiyada “Yehova şahidləri”nin fəaliyyəti qadağan edildi

Dünya xəbərləri Materials 17 Avqust 2017 12:19 (UTC +04:00)
Rusiya Ədliyyə Nazirliyi "Yehova şahidləri"ni ekstremizmə görə ləğv edilən təşkilatlar sırasına daxil edib.
Rusiyada “Yehova şahidləri”nin fəaliyyəti qadağan edildi

Bakı. Trend:

Rusiya Ədliyyə Nazirliyi "Yehova şahidləri"ni ekstremizmə görə ləğv edilən təşkilatlar sırasına daxil edib.

Trend-in məlumatına görə, bir müddət əvvəl Rusiya Ali Məhkəməi ölkədə fəaliyyət göstərən “Rusiyadakı Yehova şahidlərinin İdarə Mərkəzi” təşkilatının ləğv olunmasını qanuni hesab etmişdi.

Bundan başqa, bu icmaya daxil olan 395 yerli dini struktur fəaliyyətini dayandırmalı olub.

Qeyd olunur ki, “Yehova şahidləri”nin fəaliyyəti insan hüquqları və ictimai maraqları, o cümlədən ictimai təhlükəsizliyi təhdid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti