...

Kataloniya DİN: Kambrilsdəki teraktın Barselonadakı analoji hücumla əlaqəsi olub

Dünya xəbərləri Materials 18 Avqust 2017 09:51 (UTC +04:00)
Kataloniyanın Daxili İşlər Nazirliyi Kambrils şəhərindəki terror aktının Barselonadakı analoji hücumla əlaqəsini təsdiq edib.
Kataloniya DİN: Kambrilsdəki teraktın Barselonadakı analoji hücumla əlaqəsi olub

Bakı. Trend:

Kataloniyanın Daxili İşlər Nazirliyi Kambrils şəhərindəki terror aktının Barselonadakı analoji hücumla əlaqəsini təsdiq edib.

Trend-in məlumatına görə, ötən gün axşam Barselonadan 120 km məsafədə yerləşən Kambrilsdə 5 terrorçu avtomobili piyadaların üstünə sürüb, lakin polis tərəfindən zərərsizləşdiriliblər. Hadisə nəticəsində 7 nəfər, o cümlədən bir polis xəsarət alıb.

Həmin gün Barselonada da analoji terakt baş verib, 13 nəfər ölüb, 119 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti