...

XİN: Almaniyada terror təhdidi yüksəkdir

Dünya xəbərləri Materials 18 Avqust 2017 15:40 (UTC +04:00)
Barselonadakı hücum fonunda Almaniyada terror təhdidi yüksək olaraq qalır.
XİN: Almaniyada terror təhdidi yüksəkdir

Bakı. Trend:

Barselonadakı hücum fonunda Almaniyada terror təhdidi yüksək olaraq qalır.

Trend-in məlumatına görə, bu barədə Almaniya XİN-in rəsmi nümayəndəsi Yohannes Dimrot deyib.

O qeyd edib ki, hazırda İspaniyadakı hadisələrin Almaniya ilə birbaşa əlaqəsi aşkar edilməyib: "Lakin araşdırma olduqca dinamik gedir".

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Terror aktı nəticəsində 13 nəfər ölüb, xəsarət alanların sayı 119 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti