Bakı. Trend:
ABŞ-ın Florida ştatının iki müxtəlif bölgəsindəki atışma nəticəsində bir polis əməkdaşı həlak olub, daha 3 nəfər yaralanıb.
Trend-in məlumatına görə, Kissimmi şəhərində polis reydi zamanı baş vermiş atışmada bir polis ölüb, bir nəfər yaralanıb. Üç şübhəli şəxs saxlanılıb.
Ceksonvill şəhərində isə iki polis xəsarət alıb.