...

Ərdoğan: Türkiyə Suriyanın şimalında yeni dövlətin yaranmasına icazə verməyəcək

Dünya xəbərləri Materials 22 Avqust 2017 14:34 (UTC +04:00)
Türkiyə Suriyanın şimalında yeni kürd dövlətinin yaranmasına icazə verməyəcək.
Ərdoğan: Türkiyə Suriyanın şimalında yeni dövlətin yaranmasına icazə verməyəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Suriyanın şimalında yeni kürd dövlətinin yaranmasına icazə verməyəcək. Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, YPG və PYD üçün hər hansı dövlətin qurulması yolverilməzdir: "YPG və PYD terror təşkilatlarıdır, məqsədləri Suriyanın şimalında terror dəhlizi quraraq Aralıq dənizinə çıxış əldə etməkdir".

Ərdoğan bəyan edib ki, Türkiyə Suriyada terrorçuların planına mane olmaq üçün əlindən gələni edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti