...

Əfqanıstanda partlayışda xəsarət alanların sayı 40-a çatıb

Dünya xəbərləri Materials 23 Avqust 2017 14:02 (UTC +04:00)
Əfqanıstanın cənubunda terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində xəsarət alanların sayı 42-ə çatıb.
Əfqanıstanda partlayışda xəsarət alanların sayı 40-a çatıb

Bakı. Trend:

Əfqanıstanın cənubunda terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində xəsarət alanların sayı 42-ə çatıb.

Trend-in məlumatına görə, səhər saatlarında baş verən terror hadisəsində əvvəlcə ölənlərin sayının 5, yaralıların sayının 25 nəfər olduğu bildirilmişdi.

Ölənlərdən ikisi qadın, ikisi hərbçi, biri isə uşaqdır.

Qeyd edək ki, hadisə polis idarəsinin yaxınlığında baş verib. Partlayışa görə məsuliyyəti Taliban öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti