...

"Harvi" qasırğası nəticəsində 2 nəfər həlak olub

Dünya xəbərləri Materials 27 Avqust 2017 11:08 (UTC +04:00)
Hyuston polisi Texas ştatında "Harvi" qasırğası nəticəsində 2 nəfərin həlak olmasını təsdiq edib.
"Harvi" qasırğası nəticəsində 2 nəfər həlak olub

Bakı. Trend:

Hyuston polisi Texas ştatında "Harvi" qasırğası nəticəsində 2 nəfərin həlak olmasını təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Polisin məlumatına əsasən, Hyuston şəhərinin qərb hissəsində qadın daşqının qurbanı olub. Həmçinin bildirilir ki, qasırğa nəticəsində daha 10 nəfər xəsarət alıb.

Qeyd edək ki, "Harvi" ABŞ ərazisində son 12 ildə ən güclü qasırğa olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti