...

Romada yerli sakinlərlə miqrantlar arasında toqquşma

Dünya xəbərləri Materials 30 Avqust 2017 18:27 (UTC +04:00)
İtaliyanın paytaxtı Romada yerli sakinlərlə Afrikadan olan miqrantlar arasında toqquşma yaşanıb
Romada yerli sakinlərlə miqrantlar arasında toqquşma

Bakı. Trend:

İtaliyanın paytaxtı Romada yerli sakinlərlə Afrikadan olan miqrantlar arasında toqquşma yaşanıb.

Trend-in məlumatına görə, toqquşmaya bir neçə yeniyetmə ilə eritreyalı miqrant arasında yaranan mübahisə səbəb olub.

Yerli sakinlər də mübahisəyə qoşulub.

Nəticədə eritreyalı şəxs bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti