...

Moskvada sentyabrın 1-də törədiləcək terror aktlarının qarşısı alınıb

Dünya xəbərləri Materials 31 Avqust 2017 16:16 (UTC +04:00)
Moskvada sentyabrın 1-i terror aktları törətməyi planlaşdıran şəxslər saxlanılıb
Moskvada sentyabrın 1-də törədiləcək terror aktlarının qarşısı alınıb

Bakı. Trend:

Moskvada sentyabrın 1-i terror aktları törətməyi planlaşdıran şəxslər saxlanılıb.

Trend-in məlumatına görə, Orta Asiya ölkələrindən olan şəxslər İŞİD terror təşkilatının üzvü olub.

Onlardan biri sentyabrın 1-də kütlə arasında özünü partlatmağı planlaşdırdığını etiraf edib.

İkinci saxlanılan şəxs isə soyuq silahla insanlara hücum etməyi planlaşdırırmış.

Axtarış zamanı həmin şəxslərin telefonlarından İŞİD-lə bağlı videolar, çağırışlar və terror aktlarının törədilməsi üçün göstərişlər aşkar edilib.

Qeyd edək ki, sentyabrın 1-də Rusiyada yeni tədris ili başlayır.

Xəbər lenti

Xəbər lenti