Bakı. Trend:
Rusiyanın Xəzər Dəniz Donanmasının gəmiləri Xəzər dənizində keçirəcəyi yürüş zamanı Qazaxıstan və Azərbaycan limanlarına daxil olacaq.
Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, “Veliki Ustyuq” kiçik raket gəmisi və digər gəmilər artıq açıq dənizə çıxıb. Xəzər ölkələri arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə gəmilər iki ölkənin, o cümlədən Azərbaycanın dəniz limanına daxil olacaq.