...

"Irma" Fransanın dənizaşırı ərazilərini işıqsız qoyub

Dünya xəbərləri Materials 6 Sentyabr 2017 21:31 (UTC +04:00)
Fransaya məxsus Sen-Bartelemi və Sen-Martin dənizaşırı əraziləri "Irma" qasırğası səbəbindən elektriksiz qalıb.
"Irma" Fransanın dənizaşırı ərazilərini işıqsız qoyub

Bakı. Trend:

Fransaya məxsus Sen-Bartelemi və Sen-Martin dənizaşırı əraziləri "Irma" qasırğası səbəbindən elektriksiz qalıb.

Trend-in məlumatına görə, mərkəzi elektrik stansiyasının fəaliyyəti dayanıb. Eləcə də güclü külək evlərin dam örtüyünü uçurub. Sakinlər yaranmış vəziyyəti müharibə ilə müqayisə ediblər: "Evlər silkələnir, sanki Hirosimadır."

Hazırda sürəti maksimum səviyyəyə çatan "İrma" qasırğası bir neçə gün əvvəl Texasda böyük dağıntılara və iri daşqınlara səbəb olan "Harvi" qasırğasından daha güclü hesab edilir. Mütəxəssislərin fikrincə "İrma" son 10 ilin ən güclü qasırğasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti