Bakı. Trend:
Uruqvayın vitse-prezidenti Raul Sendik korrupsiyada ittiham edildiyi üçün istefaya gedib.
Trend-in "BBC News"a istinadən verdiyi məlumata görə, vitse-prezident şəxsi ehtiyacları üçün ictimai vəsaitlərin istifadəsində ittiham edilir.
Sendik istefasını Konqresin qarşısında elan edib. Uruqvayda vitse-prezidentin könüllü istefaya getməsi ilk haldır.
Vitse-prezident öz növbəsində ittihamları rədd edib.