...

Ərdoğan: Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda regional sabitlik üçün əsas şərtidir

Dünya xəbərləri Materials 20 Sentyabr 2017 07:45 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü Cənubi Qafqazda regional sabitliy üçün əsas şərtidir.

Trend-in məlumatına görə, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında nitqi zamanı bildirib.

Türkiyə prezidenti qeyd edib ki, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli istiqamətində daha çox çalışmalıdır: "Bu gün məhəl qoymadığımız hər bir münaqişənin, sabah reqional və hətta qlobal problemin başlanğıcı ola bildiyini heç bir halda unutmamalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti