...

Qaraçılar Romada dava saldı - Yaralılar

Dünya xəbərləri Materials 27 Sentyabr 2017 16:49 (UTC +04:00)
İtaliyanın paytaxtı Romada yerli sakinlərlə qaraçılar arasında başlayan mübahisə kütləvi davaya çevrilib
Qaraçılar Romada dava saldı - Yaralılar

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın paytaxtı Romada yerli sakinlərlə qaraçılar arasında başlayan mübahisə kütləvi davaya çevrilib.

Trend-in məlumatına görə, mübahisəyə iki avtomobilin bir-birinə yol verməməsi səbəb olub.

Baş verən kütləvi dava nəticəsində bir nəfər xəsarət alıb.

Məlumata görə, az vaxt ərzində mübahisə o həddə çatıb ki, hadisə yerinə polis qüvvələri çağırılıb.

İnsident nəticəsində hətta iki polis əməkdaşının da davanın qarşısını alarkən xəsarət aldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti