Bakı. Trend:
Meksikada paytaxtın yaxınlığında sentyabrın 19-u baş verən zəlzələ nəticəsində ölənlərin sayı 361-ə çatıb. Bu barədə Trend "The Associated Press" agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, ölənlərin sayın hələ də arta bilər, çünki dağılmış yeddi mərtəbəli ofis binasının dağıntıları altında cəsədlərin axtarışı davam etdirilir.
Daha öncə 345 nəfərin öldüyü barədə xəbər verilmişdi.
Sentyabrın 19-u Meksikanın Morelos ştatında 7.1 bal gücündə zəlzələ baş verib. Təxmini 4 milyon insan elektrik enerjisisiz qalıb, çoxlu sayda binalar dağılıb.