...

Zəlzələdən sonra daşqınlar Meksikanı "batırdı" - 2 ölü

Dünya xəbərləri Materials 3 Oktyabr 2017 09:29 (UTC +04:00)
Meksikanı zəlzələdən sonra indi də sel suları qərq edib.
Zəlzələdən sonra daşqınlar Meksikanı "batırdı" - 2 ölü

Bakı. Trend:

Meksikanı zəlzələdən sonra indi də sel suları qərq edib. Trend-in məlumatına görə, ölkənin şimalında biri uşaq olmaqla 2 nəfər daşqınlar nəticəsində həlak olub.

Son məlumata görə, Tamaulipas ştatında 18 min sakin daşqınlardan ziyan çəkib.

Ştatın Xilasetmə Xidmətindən verilən məlumata görə, dərhal müvafiq tədbirlərə başlanılıb və 330-dan artıq sakin təxliyə edilib. Kəskin hava şəraitində vətəndaşların Rusiya istehsalı olan "Ural" yük maşınları ilə daşındığı bildirilir.

Xidmətdən verilən məlumata görə, daha çox Altamira şəhəri daşqınlardan əziyyət çəkib.

Xəbər lenti

Xəbər lenti