...

Almaniyada 7 nəfər "Ksavye"nin qurbanı oldu

Dünya xəbərləri Materials 6 Oktyabr 2017 11:41 (UTC +04:00)
Almaniyanın şimalında güclü külək və yığışla müşayiət olunan "Ksavye" siklonu tüğyan edir.
Almaniyada 7 nəfər "Ksavye"nin qurbanı oldu

Bakı. Trend:

Almaniyanın şimalında güclü külək və yığışla müşayiət olunan "Ksavye" siklonu tüğyan edir. Trend-in məlumatıan görə, siklon nəticəsində azı 7 nəfərin həlak olduğu bildirilir.

Brandenbur polisi 4 nəfərin ağacın aşması nəticəsində altında qalaraq ölməsini bildirib.

Məlumata görə, ölənlərin əksəriyyəti avtomobillərdə olub.

Teqel şəhərində də ağacın maşının üstünə aşması nəticəsində 1 qadın həlak olub.

Daha 24 nəfərin müxtəlif xəsarət aldıqları bildirilir.

Xəbər lenti

Xəbər lenti