Bakı. Trend:
Türkiyənin qərbində 3,7 bal gücündə zəlzələ olub.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bursa şəhərindən 113 kilometr cənubda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.