Bakı. Trend:
Mərakeşin Asila şəhərində mikroavtobus yük maşını ilə toqquşub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 6 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.
Məlumata əsasən, mikroavtobusda 22 nəfər olub.
Qeyd edək ki, 2016-cı ildə Mərakeşdə yol qəzaları nəticəsində 3,5 min insan həlak olub.