Bakı. Trend:
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Nazirlər Kabinetinin keçmiş üzvlərinə hökumətdəki uğurlu işlərinə görə təşəkkür edərək, onlara istefa məktublarını təqdim edib.
Trend-in məlumatına görə, mərasim prezident iqamətgahında baş tutub.
Bir qədər əvvəl Ştaynmayer kansler Angela Merkelə yeni kabinet qurulana qədər hökumət başçısının vəzifələrini yerinə yetirməyi xahiş edib.
Hakim koalisiyanın formalaşması ilə bağlı danışıqlar oktyabrın 18-də başlayıb və Merkelin sözlərinə görə, bir neçə həftə davam edəcək.