...

Zimbabvedə nə baş verir, hərbi çevriliş?

Dünya xəbərləri Materials 15 Noyabr 2017 09:19 (UTC +04:00)
Zimbabve hərbçiləri ölkənin paytaxtı Xararedə baş verənlərin hərbi çevrilişlə heç bir əlaqəsi olmadığını bəyan ediblər.
Zimbabvedə nə baş verir, hərbi çevriliş?

Bakı. Trend:

Zimbabve hərbçiləri ölkənin paytaxtı Xararedə baş verənlərin hərbi çevrilişlə heç bir əlaqəsi olmadığını bəyan ediblər. Trend-in məlumatına görə, xarici telekanala açıqlamalarında hərbçilər aparılan əməliyyatların ölkədə cinayətkar qruplara qarşı olduğunu deyiblər.

Qeyd edək ki, bundan öncə hərbçilərin Zimbabvedə "ZBC" dövlət telekanalını ələ keçirmələri barədə məlumat verilib. Məlumata görə, hərbçilər binanı nəzarətə götürərək, giriş-çıxışa məhdudiyyətlər qoyublar. Dövlər telekanalının yaxınlığında hərbçilər tərəfindən blokpostlar qurulduğu bildirilib.

Eyni zamanda Prezident Sarayı ətrafında da nəzarətin gücləndirildiyi bildirilib.

Qeyd edək ki, daha öncə isə paytaxt istiqamətində zirehli maşınların hərəkət etdiyi barədə xəbər verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti