...

İranda zəlzələ qurbanlarının sayı 474 nəfər oldu

Dünya xəbərləri Materials 15 Noyabr 2017 16:19 (UTC +04:00)
İranın İraqla sərhədində baş vermiş zəlzələ qurbanlarının sayı artmaqda davam edir.
İranda zəlzələ qurbanlarının sayı 474 nəfər oldu

Bakı. Trend:

İranın İraqla sərhədində baş vermiş zəlzələ qurbanlarının sayı artmaqda davam edir. Trend-in məlumatına görə, yerli "Tasnim" agentliyi son rəqəm olaraq ölənlərin sayını 474 nəfər qeyd edib. Yaralıların sayı isə 9388 nəfər göstərilib.

Qeyd edək ki, İranın İraqla sərhədində noyabrın 12-də 7,2 bal gücündə zəlzələ baş verib.

Xatırladaq ki, zəlzələ güclü olduğundan yeraltı təkanlar hətta Azərbaycan, Küveyt, BƏƏ-də də az bal gücündə hiss olunub.

Xəbər lenti

Xəbər lenti