Bakı. Trend:
İtaliyanın mərkəzi hissəsində 4,7 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Parma şəhərindən 26 kilometr cənub-qərbdə, ocağı isə 32 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.