...

Zimbabvenin yeni prezidenti kim oldu?

Dünya xəbərləri Materials 22 Noyabr 2017 15:04 (UTC +04:00)
Zimbabvenin yeni prezidenti Emmerson Mnanqarvanın inauqurasiyası noyabrın 24-də baş tutacaq.
Zimbabvenin yeni prezidenti kim oldu?

Bakı. Trend:

Zimbabvenin yeni prezidenti Emmerson Mnanqarvanın inauqurasiyası noyabrın 24-də baş tutacaq. Trend-in məlumatına görə, bundan əvvəl ölkənin vitse-prezidenti olan Mnanqarvanı əvvəlki prezident Robert Muqabe vəzifədən kənarlaşdırmışdı.

Yerli telekanalın verdiyi məlumata görə, hazırda paytaxtdan kənarda olan Mnanqarva bu gün Harareyə gələcək.

Qeyd edək ki, onun namizədliyini ölkənin əsas partiyası dəstəkləyib.

Xatırladaq ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına almışdılar. Növbəti gün isə Muqabe və onun xanımı Qreys saxlanılmışdı. Muqabe daha öncə seçkilərin keçirilməsini tələb etsə də, sonra istefa verməyə razılaşıb.

Xəbər lenti

Xəbər lenti