...

Tramp: Yaxın Şərqdə mövcudluğumuz böyük səhv idi

Dünya xəbərləri Materials 24 Noyabr 2017 16:38
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Yaxın Şərqdə mövcudluğunu səhv addım adlandırıb.
Tramp: Yaxın Şərqdə mövcudluğumuz böyük səhv idi

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Yaxın Şərqdə mövcudluğunu səhv addım adlandırıb.

Trend-in məlumatına görə, dövlət başçısı bu barədə “Twitter”dəki səhifəsində yazıb.

D.Tramp bildirib ki, o, Yaxın Şərqdəki vəziyyəti bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı müzakirə edəcək.

ABŞ Prezidenti Yaxın Şərqdəki mürəkkəb vəziyyətin ona əvvəlki hakimiyyətdən miras qaldığını bəyan edib: “İlk növbədə, bizim bu regionda olmağımız böyük səhv idi. Orada insan həyatları ilə yanaşı, 6 trilyon dollar itirilib. Mən bunu düzəldəcəyəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti