...

Roma papası tarixdə ilkə imza atdı - Myanmaya səfər etdi

Dünya xəbərləri Materials 27 Noyabr 2017 11:52 (UTC +04:00)
Roma papası I Fransiskin Cənub-Şərqi Asiyaya səfəri başlayıb
Roma papası tarixdə ilkə imza atdı - Myanmaya səfər etdi

Bakı. Orxan Nəbiyev - Trend:

Roma papası I Fransiskin Cənub-Şərqi Asiyaya səfəri başlayıb.

Trend-in məlumatına görə, dekabrın 2-dək davam edəcək səfər zamanı Roma papası Myanma və Banqladeşdə olacaq.

Bildirilir ki, I Fransisk bu ölkələrdə müxtəlif dini mərasimlərdə iştirak edəcək.

Qeyd edək ki, bu, Roma papasının Myanmaya tarixdə ilk səfəri olacaq. Xatırladaq ki, Keçmiş Roma papas II İoann Pavel 1986-cı ildə Banqladeşə səfər etmişdi.

Xəbər lenti

Xəbər lenti