...

İndoneziyada torpaq sürüşməsi və daşqınlar - 20 ölü

Dünya xəbərləri Materials 29 Noyabr 2017 12:09 (UTC +04:00)
İndoneziyanın Şərqi Yava əyalətində torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 20 nəfər həlak olub.
İndoneziyada torpaq sürüşməsi və daşqınlar - 20 ölü

Bakı. Trend:

İndoneziyanın Şərqi Yava əyalətində torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 20 nəfər həlak olub.

Trend-in məlumatına görə, bölgədə tüğyan edən siklon Yava və Bali adalarının müxtəlif bölgələrində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Mindən çox yaşayış evi su altında qalıb. Hazırda bölgədə xilasetmə işləri aparılır.

Güclü küləklərin həftə sonunadək davam edəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti