...

İspaniyada "gürcü mafiyası"na qarşı əməliyyat

Dünya xəbərləri Materials 29 Noyabr 2017 13:47 (UTC +04:00)
İspaniya polisi paytaxt Madriddə və Kataloniyada “gürcü mafiyası”nın üzvlərinə qarşı əməliyyatlar keçirib
İspaniyada "gürcü mafiyası"na qarşı əməliyyat

Bakı. Trend:

İspaniya polisi paytaxt Madriddə və Kataloniyada “gürcü mafiyası”nın üzvlərinə qarşı əməliyyatlar keçirib.

Trend-in məlumatına görə, əməliyyat çərçivəsində paytaxtda və Barselonada bir neçə evdə axtarışlar aparılıb.

Əməliyyatlar zamanı bir neçə nəfər saxlanılıb. Saxlananların sayı barədə məlumat verilməyib.

Qeyd olunur ki, saxlananlar arasında mafiya başçısının həyat yoldaşı da var.

Hadisənin təfərrüatları barədə digər məlumatlar verilməyib.

Xəbər lenti

Xəbər lenti