...

Barselonada 120 mln. avroluq heroin partiyası müsadirə edilib

Dünya xəbərləri Materials 30 Noyabr 2017 05:13 (UTC +04:00)
İspaniya polisi Barselonada 120 milyon avro dəyərində heroin partiyasını müsadirə edib
Barselonada 120 mln. avroluq heroin partiyası müsadirə edilib

Bakı. Trend:

İspaniya polisi Barselonada 120 milyon avro dəyərində heroin partiyasını müsadirə edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İspaniya daxili işlər naziri Xuan İqnasio Soido bildirib.

Nazir bildirib ki, heroinin ümumi çəkisi 330 kiloqramdan artıq olub.

Məlumata əsasən, heroinin 263 kilosu Barselona limanında konteynerlərdə saxlanılan sement qablarında tapılıb, qalan hissəsi isə polis tərəfindən saxlanılan insanların evlərinə baxış keçirilən zaman tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti