...

Türkiyədə sərnişin avtobusu aşdı - 25 yaralı

Dünya xəbərləri Materials 30 Noyabr 2017 10:12 (UTC +04:00)
Türkiyənin şərqində Ərzurum vilayətində sərnişin avtobusu aşıb.
Türkiyədə sərnişin avtobusu aşdı - 25 yaralı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin şərqində Ərzurum vilayətində sərnişin avtobusu aşıb. Trend-in məlumatına görə, qəza nəticəsində 25 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardim və xilasedicilər cəlb edilib.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, statistik göstəricilərə görə, son 10 ildə Türkiyədə qəzalarda təqribən 42 min adam həyatını itirib.

Xəbər lenti

Xəbər lenti