...

Rusiya Ədliyyə Nazirliyi xarici KİV-lərlə bağlı hərəkətə keçir

Dünya xəbərləri Materials 4 Dekabr 2017 17:43 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Ədliyyə Nazirliyinin səlahiyyətlərini artırıb.
Rusiya Ədliyyə Nazirliyi xarici KİV-lərlə bağlı hərəkətə keçir

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Ədliyyə Nazirliyinin səlahiyyətlərini artırıb.

Trend-in məlumatına görə, dövlət başçısının müvafiq fərmanına uyğun olaraq nazirlik xarici agent funksiyasını daşıyan xarici KİV-lərin reyestrini aparacaq.

Xatırladaq ki, noyabrın 25-də Vladimir Putin KİV haqqında qanunvericiliyə dəyişiklikləri təsdiq etmişdi. Yeni qanunvericilik xaricdən maliyyələşən kütləvi informasiya vasitələrini xarici agent kimi tanımağa imkan verir. Beləliklə, bəzi KİV-lərə xarici agent statusunun verilməsi ilə onlara qarşı bir sıra məhdudiyyətlər tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti