...

İranda YENƏ güclü zəlzələ - 5,9 bal

Dünya xəbərləri Materials 12 Dekabr 2017 13:19 (UTC +04:00)
İranın şərqində Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş verib
İranda YENƏ güclü zəlzələ -  5,9 bal

Bakı. Trend:

İranın şərqində Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yerlatı təkanlar Kirman şəhərindən 49 kilometr şimalda qeydə alınıb.

İran Seysmoloji İdarəsinin yaydığı xəbərə görə, zəlzələnin episentri yerin 40 kilometr dərinliyində olub. Hadisə nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat verilməyib.

Qeyd edək ki, ötən gün də İran və İraq sərhədində 5,6 bal gücündə zəlzələ baş verib.

Xatırladaq ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.

Xəbər lenti

Xəbər lenti