...

Fransada terrorçuluğun təbliğində şübhəli bilinən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 24 Dekabr 2017 20:27 (UTC +04:00)
Fransada terrorçuluğun təbliğində şübhəli bilinən şəxs saxlanılıb
Fransada terrorçuluğun təbliğində şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Trend:

Fransada terrorçuluğun təbliğində şübhəli bilinən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Kataloniya polisi məlumat yayıb.

Məlumata əsasən, saxlanılan 32 yaşlı Əlcəzair vətəndaşıdır. Saxlanılan şəxs Barselonada olduğu müddətdə sosial şəbəkələrdə terrorçulağa çağırışlar edirdi.

Saxlanılan şəxsə qarşı araşdırma ötən il başlayıb. Daha əvvəl İspaniya Milli Məhkəmə Kollegiyası Əlcəzairlinin həbsinə beynəlxalq order verib.

Qeyd edək ki, hazırda İspaniyada 5 mümkün terror təhlükəsi səviyyəsindən 4-cü elan edilib. Ölkədə mütəmadi olaraq ekstremistlərin saxlanılması istiqamətində əməliyyatlar keçirilir. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2015-ci ildən terrorçuluqla əlaqədə şübhəli bilinən 200-dən artıq adam həbs olunub.

Xəbər lenti

Xəbər lenti