Bakı. Trend:
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) komandanı Məhəmməd Əli Cəfəri ölkədə baş verən qarışıqlığın nümayişçilər üçün uğursuz bitdiyini bildirib.
Bu barədə Trend Sepah-ın məlumat poratalına istinadən xəbər verir.
"2017-ci ilin qarışıqlığın uğursuzluğu barədə elan edirəm. Etiraz aksiyaları iştirakçılarının sayı az idi və bütün İranda 15 min nəfərdən çox olmayıb", deyə Cəfəri bildirib.